🛡️

Məxfilik Siyasəti

Yenilənmə tarixi: 01 İyun 2025

1Giriş

Bu Məxfilik Siyasəti "10da" mobil tətbiqindən istifadə edən şəxslər üçün nəzərdə tutulub. Bu sənəd sizin şəxsi məlumatlarınızın hansı şəkildə toplanması, istifadəsi və qorunmasını izah edir.

2Toplanan Məlumatlar

  • Telefon nömrəsi (OTP ilə identifikasiya üçün)
  • Yer məlumatı (real vaxtda istifadə zamanı, istifadəçi razılığı ilə)
  • Profil məlumatları: istifadəçi adı, şəkil (istəyə bağlı)
  • Mesajlaşma məlumatları (yalnız istifadəçi tərəfindən silinmədiyi halda saxlanılır)
  • Tətbiq daxilindəki fəaliyyət (check-in, mesaj göndərilməsi və qarşılıqlı əlaqə)

3Məlumatların İstifadə Məqsədi

  • Yerə əsaslanan tanışlıq funksiyasını təmin etmək
  • Real vaxtda mesajlaşma və interaktivliyi təmin etmək
  • Təhlükəsizliyin qorunması və saxta hesabların aşkarlanması
  • İstifadəçi təcrübəsini təkmilləşdirmək
  • Dəstəklə bağlı sorğulara cavab vermək
  • Tətbiqin texniki və statistik inkişafı üçün anonim analizlər aparmaq

4Məlumatların Paylaşılması

İstifadəçi məlumatları heç bir halda üçüncü tərəflərlə paylaşılmır və satılmır. Məlumatlar yalnız qanunla tələb olunduqda və hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında təqdim oluna bilər.

5Məlumatların Saxlanılması və Təhlükəsizlik

  • Məlumatlar təhlükəsiz serverlərdə saxlanılır
  • Mesajlar yalnız istifadəçi tərəfindən silinmədiyi halda saxlanılır
  • Tətbiqə giriş OTP ilə qorunur və şəxsi məlumatlar şifrələnmiş şəkildə saxlanılır

6Uşaq Məxfiliyi

"10da" yalnız 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Tətbiqdə uşaq məlumatları toplanmır və məqsədyönlü şəkildə belə məlumatlar saxlanılmır.

7İstifadəçi Hüquqları

  • Öz məlumatlarına baxmaq, düzəliş etmək və ya silmək hüququ
  • Hesabını istədiyi zaman deaktiv etmək və bütün məlumatların silinməsini tələb etmək hüququ

8Əlaqə

Hər hansı sual və ya müraciət üçün bizimlə əlaqə saxlayın: